|
Fazil Mustafadan Naxçıvan və ensklopediya çağırışı

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxış edərkən Naxçıvanla Bakı arasında əlaqələri bərpa etməyə çağırış etdi. O bildirdi ki, pandemiya səbəbindən kəsilən əlaqələr insanları olduqca ağır durumla üz-üzə qoyub. “Təklif edirəm ki, 3-4 gün ərzində təcili kim gedəcəksə, kim gələcəksə, elanlar verilsin. Bu əlaqənin tam kəsilməsi ciddi fəsadlar törədəcək”.

F.Mustafa daha sonra diqqəti digər ciddi problemə yönəltdi: “Azərbaycan Ensklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası bərbad vəziyyətdədir”.

Deputat dedi ki, Ermənistan-Ararat Respublikasının Parlamentindəki 80 deputatın 3-ü müsəlman olub. 80 millət vəkili olub və bu barədə ermənilər yazıb. “Ancaq Xalq Cümhuriyyəti Ensklopediyasında araşdırılmayıb ki, AXC Parlamentindəki erməni deputatlar kimlərdir. Bu sahəyə o qədər naşı münasibət var ki... Sabah kimsə məlumat almaq, araşdırmaq istəyəcək, o halda Ensklopediyadan nəyi götürəcəklər? Bu sahədə nizam yaradılmasını xahiş edirəm”.