|
Estoniya və Latviyada koronavirusa yoluxanların sayı artıb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1784 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 69 min 520 nəfər müayinə olunub, 64 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 938 nəfər təşkil edib.

Latviyada isə son sutkada koronavirusa yoluxanların sayı cəmi 1 nəfər artaraq 1009 nəfərə çatıb. Epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 89 min 123 nəfər müayinə olunub, 19 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 662 nəfər olub.