“Trabzospor”un prezidenti İbrahim Hacıosmanoğlu “Fənrəbaxça” komandasını hava limanına apararkən avtobusda yaralanan Ufuk Kırana baş çəkib.
Klub rəhbəri xəstəxanada müalicə alan sürücüyə “keçmiş olsun” deyərək “Trabzonspor”un formasını hədiyyə edib.
İbrahim Hacıosmanoğlu avtobus sürücüsünə təskin verib:
“Baş verənlər hamımızı üzüdü. Allah səni ailənə bağışladı. Qısa zamanda sağalıb ayağa qalxmağını arzulayıram. İnşallah yaxın vaxtlarda ailənə qovuşarsan”.
