|
Polis generalı Həzi Aslanov Milli Məclisin iclasında iştirak edir

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.

Oxu.Az-ın məlumatına görə, iclası parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc aparır.

İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-cu il üzrə hesabatı dinlənir.

İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov da iştirak edir.