|
Ağdaş sakini özünə xəsarət yetirib

Ağdaş sakini kəsici alətlə özünə xəsarət yetirib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəxsi motivdə baş verib.

İlkin məlumata görə, sevdiyi şəxslə aralarında olan münasibət zəminində 1991-ci il təvəllüdlü rayon sakini Əliyev Rahim Qadir oğlu özünə kəsici alətlə xəsarət yetirib. O, sol biləyini kəsib.

Mingəçevir şəhər xəstəxanasına gətirilən yaralıya lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.