|
Naxçıvan reyslərinin bərpası ilə bağlı açıqlama:

"Naxçıvan və digər bölgələrdə gediş-gəlişin bərpa edilməsi növbəti mərhələdə müzakirə edilə bilər".

Bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabineti Aparatının Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, digər bölgələrdə olan və daimi qeydiyyatı Bakı şəhərində olan şəxslərin paytaxta qayıtmasına icazə verilsə də, Naxçıvanla bağlı bu icazə mümkün deyil:

"Bu texniki baxımdan mümkün deyil. Çünki oradan sadəcə təyyarə ilə gəlmək mümkündür".

İ.Məmmədov söyləyib ki, Nazirlər Kabinetinin Operativ Qərargahında bütün bölgələrə gediş-gəlişlə bağlı müzakirələr aparılır: "Ölkədaxilində gediş-gəlişin tam bərpa olunması arzu olunandır".