"SMS-lə icazə ləğv edilsə də, insanlar məsuliyyətli olmalıdır".
Bunu jurnalistlərə açıqlamasında TƏBİB rəhbəri Ramin Bayramlı deyib.
R.Bayramlı söyləyib ki, SMS icazəsinin ləğv edilməsi insanların kütləvi şəkildə parklara, küçərələ çıxması anlamına gəlməməlidir: "İnsanlar buna ciddi riayət etməlidir. Zərurət olmadığı halda heç kim evdən çıxmamalıdır".
TƏBİB rəhbəri bir daha fəaliyyətə başlayacaq kafe və restoranlarda qəlyan aparatlarından istifadənin qadağan olduğunu xatırladıb.
O bildirib ki, ən böyük təhlükələrdən biri qəlyan aparantlarında virusa yoluxma təhlükəsinin olmasıdır.
R.Bayramlı xəstəliyin hələ də aramızda olduğunu, yayılması ehtimalının olduğunu bildirilib: "Bundan sonra kontrollu həyat yaşamalıyıq, sosial məsafəni gözləməliyik".
