|
Oğru aləminin əfsanəsinin gəlini hakim qarşısında

Narkotik vasitələrin satışında təqsirləndirilərək həbs edilən qadın hakim qarşısına çıxarılır.

 Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən Nəzakət Rzayevanın cinayət işi üzrə məhkəmə iclası başlayır. İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
N.Rzayeva Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Nazlı” ləqəbi ilə tanınan Nəzakət Rzayeva əvvəllər də narkotik ittihamı ilə məhkumluq həyatı yaşayıb.
Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Nəzakət Rzayeva oğru aləminin əfsanəsi hesab edilən qadın oğru Zerkalo Klaranın gəlinidir.