|
Tacikistanda koronavirusa yoluxanların sayı 907-yə çatıb

Son iki gün ərzində Tacikistanda COVID-19-a yoluxanların sayı 187 nəfər artaraq 907-yə çatıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə altı adam həyatını itirib. Bununla da ölənlərin sayı 29-a çatıb. Bu müddətdə 403 adam sağalıb, 4299 nəfər isə karantindədir.

Xatırladaq ki, Tacikistanda koronavirusun olduğu ilk dəfə aprelin 30-da rəsmi elan edilib.