|
Əmisini bıçaqlayan şəxsin həbs müddəti uzadılıb

53 yaşlı əmisini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən İsrail Quliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə İsrail Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, İsrail Quliyev Türkan qəsəbəsində 1967-ci il təvəllüdlü əmisi Sərdar Quliyevi bıçaqlayıb.
İsrail Quliyevlə əmisini münasibətlər zəminində yaranan mübahisədən sonra vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.