Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı regional Baş İdarəsinin rəisi Hikmət Abbasov Dövlət Xidmətinin rəisi təyin olunub.
Bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, polkovnik Hikmət Mərdan oğlu Abbasov 1969-cu ilin dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indidi BDU) bitirib.
Ailəlidir, 2 övladı var.
