“Ermənistan münaqişənin həllini təhrif etməyə çalışır".
Bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, bildirib ki, koronavirus dövlətlərin üzərində öhdəliklər qoyur: "Ermənistan öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu nümayiş etdirmək istəyirsə, koronavirus da yaxşı fürsətdir. Ermənistan işğala son qoysun, köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ bərpa edilsin. Azərbaycan əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinin həyata keçirilməsinə tərəfdardır. Beynəlxalq ictimaiyyətin də mövqeyi budur ki, humanist prinsiplərdən çıxış edilərək, əsir və girovlar dəyişdirilməlidir. Biz “hamının hamıya” pinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Ermənistan isə bu məsələdə də fərqli mövqe nümayiş etdirir”.
