|
Hikmət Hacıyev: "Vətəndaşların sərhəd-keçid məntəqələrinə gəlməsinə gərək yoxdur"

"Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır".

Bu fikri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, koronavirus pandemiyası dövründə də Rusiya vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının isə Rusiyada olmasını nəzərə alaraq, vətəndaşların sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir: "Azərbaycan və eyni zamanda Rusiya vətəndaşlarının öz ölkələrinə getmələri üçün lazımi şərait yaradılıb. Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir. Ona görə də vətəndaşların sərhəd-keçid məntəqələrinə gələrək, dövlət qurumlarının fəaliyyətinə mane olmalarına gərək yoxdur".