|
Hande Erçeldən nümunəvi addım
Türkiyəli aktrisa Hande Erçel “Hello” jurnalına müsahibəsi zamanı karantin günlərindəki məşğuliyyətlərindən danışıb.

Axşam.az xəbər verir ki, aktrisalıqla yanaşı rəsm çəkmək bacarığı da olan H.Erçel xərçənglə mübarizə aparan uşaqlara dəstək olmaq üçün yeni əsərlər çəkdiyini bildirib.

O, karantin zamanı çox şey öyrəndiyini söyləyib:

“Dünya dəyişir. Hər dəyişiklik fədakarlıq tələb edir. Yenilikləri qəbul etmək və çətinliklərlə mübarizə aparmaq lazımdır. Bu sərtliyin arxasınca ümidlərinə qovuşmağı düşünmək böyük həzz verir. Yeni həyatımıza danışacaq çox şeyim var”.