"Barselona" satmağa hazırlaşdığı futbolçusu Nelson Semeduya qiymət qoyub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı müdafiəçini 50 milyon avroya satmağı planlaşdırır. Onunla "İnter", "Mançester Siti", "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir.
Qeyd edək ki, Semedunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
