“Yeni növ koronavirusun yayılmasına tam nəzarət etmək mümkün olmadığından bu, Çində yenidən peyda ola bilər”.
APA xəbər verir ki, bu barədə tibb mütəxəssisi Maşallah Mehdiyev “Veçernaya Moskva”ya açıqlamasında bildirib.
M.Mehdiyev yeni növ “COVID-19”un çox həssas olduğunu və uzun müddət müxtəlif səthlərdə qala biləcəyini qeyd edib: “Bu, epidemiyanın yeni yoluxma riskini artırır”.
