|
Sabiq rabitə naziri Nadir Əhmədov vəfat edib

Azərbaycanın sabiq rabitə naziri Nadir Əhmədov 80 yaşında vəfat edib.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, N.Əhmədov 1997-2004-cü illərdə rabitə naziri vəzifəsində çalışıb.

Mərhum bu gün dəfn ediləcək.