|
Koronavirusa yoluxan son 143 nəfərin əksəriyyəti Nəsimi rayonundadır

"Ölkə üzrə yoluxanların 9.1 faizini xaricdən gətirilən vətəndaşlar təşkil edir"

Bunu TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, ölkə üzrə ən çox yoluxma - 47,5 yazı olmaqla Bakının payına düşür: "Bakıda ən çox yoluxma Yasamal rayonundadır. İkinci yerdə isə Nəsimi rayonudur. Son yoluxanların əsas hissəsi Nəsimi rayonunda qeydə alınıb".

Bölgələrdə isə ən çox yoluxma Gəncə və Lənkəranın payına düşür.