|
Əli Kərimlinin köməkçisi həbsdən çıxdı - FOTO

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin köməkçisi Faiq Əmirli azadlığa çıxıb.

Aprelin 9-da karantin qaydaların pozmaqda günahlandırılaraq həbs edilən F.Əmirlinin cəzası bitib. 30 sutka azadlıqdan məhrum edilən F.Əmirli sərbəst buraxılıb.

Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə ittiham edilirdi.