|
Qatarların sayı artırılacaq və 2 dəqiqəlik intervalla işləyəcək -

"Metronun iş qrafiki normal qaydada olduğu kimi davam edəcək".

Bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib.

Z.Hüseynov qeyd edib ki, Bakı Metropolitenində interval hər zaman olduğu kimi bərpa ediləcək: "Həmişə olduğu kimi səhər saat 6-dan gecə saat 12-yə qədər metro fəaliyyət göstərəcək".

"Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib ki, qatarlar 2 dəqiqəlik intervalla aparılacaq.

H.Məmmədov qeyd edib ki, sıxlığın qarşısını almaq üçün qatarların sayı artırılacaq.