"Bakı Metropoliteni 29 milyon sərnişin itirib".
Bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov pandemiya dövründə QSC-yə dəymiş zərərlə bağlı sualı cavablandırarkən deyib.
Z.Hüseynov qeyd edib ki, zərərin məbləği hesablanmayıb: "Biz bunu pula çevirməmişik. Bizdə statistika budur ki, bu müddət ərzində 29 milyon sərnişin itirmişik".
Qeyd edək ki, metroda gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq, "Bakı Metropoliteni" QSC-yə 8 milyon 700 min manat zərər dəyib.
