|
Məlahət İbrahimqızı:

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı Şuşanın işğalından danışdı. Ancaq o, ümidlə ifadə etdi ki, prezident nəinki Qarabağla bağlı, həmçinin Zəngəzur, Göyçə, İrəvanla bağlı beynəlxalq təşkilatlardan mesajlar verir.

“İstər dövlətimiz, istər ordumuz işğalçı Ermənistandan qat-qat güclüdür.

Bu gün bizim bizim ən çox ehtiyacımız olan məsələ təbliğat və təşviqatla bağlıdır”-deyə, M.İbrahimqızı bildirdi.Daha sonra deputat narahatlıq doğuran bir məsələdən bəhs etdi: “Ermənistanın bütün magistral yollarında xəritələr vurulub. Həmin xəritələrdə işğal olunmuş Azərbaycan əraziləri, o cümlədən Naxçıvan “Ermənistanın ərazisi” kimi göstərilib. Bununla da Ermənistan həm xaricdən gələn turistlərin, həm də ermənilərin beyninə yeritmək istəyir ki, guya o ərazilər Ermənistana məxsusdur”-deyən xanım deputat düşmənin bu məkrli siyasətinə cavab olmalıdır. “Təəsüf ki, aeroportdan Bakıya, Bakıdan Gürcüstana doğru heç yerdə işğal olunmuş ərazilərimizlə bağlı yol nişanları yoxdur”-deyə M.İbrahimqızı bildirdi.