“Bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil”.
Bu sözləri millət vəkiliCavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək Ermənistanın Azərbaycan torpaqarının işğal etməsinə dəstək veriblər:
“Xəyanətkarların, satqınların toplaşdığı Millli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funkisyasını yerinə yetirir. Mən hüquq mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insaların, dövlətimiziə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.
Deputat Sabir Rüstəmxanlı İranla Azərbaycan arasında imzalanmış saziş ətrafında gedən müzakirələrdən bəhs edərkən deyib ki, bu məsələyə tam şəkildə aydınlıq gətirilməlidir.
“Məncə, qanunun özündə bir aydınlıq olmalıdır”-S.Rüstəmxanlı bildirdi.
S.Rüstəmxanlı daha sonra Şuşanın işğalından danışarkən keçmiş hakimiyyəti günahlandıran həmkarı ilə bağlı fikirlərini bölüşüb:
“Cavan deputatlar ki o hadisələrin şahidi olmayıblar, bəzən səthi bilikləri ilə danışırlar, onlar bu barədə bir az diqqətli olmalıdırlar. Vaxtilə Xocalı souqırımı ilə bağlı səsləndirilən ehtiyatsız fikirlərlə biz düşmənlərin əlinə bəhanə verdik. İllərdir ermənilər bu məsələdən istifadə edirlər. İndi də belə fikirlər səslənir ki, sanki Şuşanı da biz özümüz vermişik. A qardaş, bu cür danışmaq olmaz axı! Bura Milli Məclisdir
Sən kimi istəyirsən tənqid elə, amma bu məsələlərdə diqqətli olmaq lazımdır. Yüzlərlə, minlərlə şəhid vermişik, torpasqlarımız böyük bir dövlətin yardımı ilə alınıb. Millət qəhrəmanlıq edib, amma gücümüz çatmayıb. Belə bir vəziyyətdə hər şeyi ovaxtkı hakimiyyətin boynuna qoyub erməniləri təmizə çıxartmaq olmaz!”
Sədr Sahibə Qafarova çıxışı kəsərək gündəlikdəki məsələ başqa olduğunu bildirib. S.Rüstəmxanlı isə bu fikri deməli olduğunu, Məclisin də mövqeyinin olmasının vacibliyini vurğulayıb.
Sədr isə “Məclisin fikri ifadə olunub”, - deyə bildirib.
Birinci vitse-spiker Əli Hüseynli qeyd edib ki, heç kimin Şuşanın ermənilər tərəfindən işğal olunmadığını, bizimkilər tərəfindən təhvil verildiyini deməyib:
“Bu fikri siz səsləndirdiniz, Sabir müəllim! Burada Cavid müəllim fikir söylədi və Siyavuş Novruzov dedi. Şuşanın işğalına hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılmasına da qiymət verilib”.
Ə.Hüseynli qeyd bildirib ki, o vaxt hakimiyyətdə olan və hakimiyyətə iddialı qüvvələr arasındakı münasibətlər həm də işğala səbəb olub.
