Acun Ilıcalı futbol klubu almağı düşünür. Türkiyə mətbuatının yazdığına görə "CNN TÜRK"-ün "İnstagram" səhifəsində Damla Uğurtürkün suallarını cavablandıran Acun futbol komandası ala biləcəyini deyib:
"Həyatımda heç vaxt uğursuz olmamışam.
Menecer olmaq mənim üçün asan məsələ deyil. Başqa işlərimi təxirə salmalıyam. Hazırda belə vaxtım yoxdur. İdman kanalı ilə bağlı plan qurmuram.
Amma deyə bilərəm ki, Avropada bir klub almağı düşünürəm".
