İngiltərənin Salford şəhərində yerləşən anbardan 80 min maska oğurlanıb.
AZƏRTAC xəbər verir ki, maskaların Milli Səhiyyə Sistemi və qocalar evi işçilərinə paylanması nəzərdə tutulurdu.
Polisdən verilən məlumatda oğruların maskaları qara bazara çıxarmağı planladıqları bildirilir.
