|
Almaniyada koronavirusdan ölənlərin sayı 7226-ya çatdı

Almaniyada ötən sutkada 1209 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 167 300-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 147 nəfər artaraq 7 226-ya çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 141 mini ötüb.