|
Almaniyada məktəblər belə fəaliyyət göstərəcək - FOTO

Almaniyada koronavirusa görə bağlanan məktəblər bu gün açılıb.

Məktəblərin mərhələli olaraq açılmasına qərar verilib.

Tədris müəssisələrinin rəhbərləri valideynlərə yeni təlimatlar paylayıblar. Bu təlimatlarda məktəblərdə tətbiq olunan yeni davranış qaydaları əksini tapıb.

Qeyd edək ki, Almaniyada 168162 nəfər koronavirusa yoluxub, 7275 nəfər virusdan ölüb.