Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə iclası başlayır.
Bakı Ağır Cinayətlər məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Babazadə Şahin Elşən oğlunun cinayət işi üzrə məhəkəmə iclası hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə "Stansiya Sumqayıt" ərazisində baş verib. “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu hadisə yerində dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.
Qəzada dünyasını dəyişən Elşən Babazadə sürücünün qardaşıdır.
