|
65 yaşdan yuxarı şəxslərə müjdə

Bizim tətbiq etdiyimiz SMS-icazə sistemi başqa ölkələrdə də tətbiq olunur. Əvvəl SMS-lə icazə 2 saat, sonra 3 saat oldu. Vətəndaşlar bu müddətdə lazımi ehtiyaclarını ödəyə bilirdi.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

O bildirib ki, Operativ Qərargah yaxın zamanlarda vəziyyəti qiymətləndirib müvafiq qərar verəcək:

"Yoluxma tendensiyası azalmaya doğru gedərsə, 60-65 yaşlı vətəndaşlarla bağlı qadağaların yumşaldılması əlavə yumşaldılma tədbirlərində nəzərə alına bilər".