|
Maduronu devirmək istəyən lider ölkədən qaçır

Venesuelada ABŞ tərəfindən dəstəklənən parlament spikeri Xuan Quaydo Avropa ölkələrindən birinin səfirliyinə sığınacaq.

Axar.az xəbər verir ki, bunu Venesuela Vahid Sosialist Partiyasının birinci vitse-prezidenti Diosdado Kabello bildirib.

Kabello ABŞ diversantlarının həbsindən sonra Quaydonun sığınacaq almaq üçün Avropa ölkələrindən birinin səfirliyinə çamadanlarını göndərdiyini söyləyib:

"Xuan getmək istədiyi səfirliyi seçdi, bu, bir Avropa ölkəsinə aiddir. Mənim nələr barədə danışdığımı o da bilir. Hətta oraya çamadanlarını da göndərdi. Nələr olacağını görəcəyik".