|
Dələduzluğa görə həbs edilən müstəntiq hakim qarşısına çıxarılır

Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov hakim qarşısına çıxarılacaq.

O, dələduzluqda ittiham edilir.

M.Abbasovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutacaq.

Müşfiq Abbasov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib

O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə ittiham olunur.