|
Azərbaycanda koronavirusa yoluxan heç bir uşağın vəziyyəti ağırlaşmayıb

"Koronavirusa yoluxan uşaqlarla bağlı ciddi problem, onların səhhətində ağırlaşma yoxdur".

Bu barədə cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.

Z.Əliyev deyib ki, bu günə qədər koronavirusa yoluxan uşaqların müalicəsi həyata keçirilib və onların heç birinin səhhətində ağırlaşma baş verməyib.

"Sonda onlar iki dəfə testdən keçirilib. Hər iki testin cavabı müsbət olduqda onlar evə buraxılıb" - deyə Z.Əliyev qeyd edib.

Z.Əliyev qeyd edib ki, son günlər ölkə üzrə koronavirusa yoluxan şəxslərin 10 faizini Rusiyadan gələn vətəndaşlar təşkil edir.