"Koronavirusa yoluxma şübhəsi ilə nümunə götürülən şəxsə SMS-lə cavab veriləcək".
Bu barədə icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Zaur Əliyev bildirib ki, bu, bir dəfə sınaqdan keçirilib. Lakin texniki problem səbəbindən dayandırılıb.
"Bir neçə vətəndaş ailə üzvləri ilə birlikdə nümunə verib. Bu zaman məlumat göndərilməsi üçün bir nəfər bütün ailə üzvlərinin adına eyni mobil nömrəni qeyd edib. Bu isə anlaşılmazlığa səbəb olub. Bu kimi texniki problemlər aradan qaldırılır" - deyə Z.Əliyev qeyd edib.
