Koronavirusa yoluxanların 54 faizi Bakıdadır. 14 faiz isə Gəncənin payına düşür.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Statistik rəqəmlərə əsasən Bakıda isə ən çox yoluxma Yasamal və Sabunçu rayonları ərazisindədir.
Ölkə üzrə koronavirusa yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir.
