"Barselona" Lautaro Martinesin transferi ilə bağlı "İnter"lə danışıqları davam etdirir.
Fanat.az xəbər verir ki, "Barselona" "İnter"ə 80 milyon avro təklif edib. Katalon klubu məbləği tranşlarla ödəməyə hazırdır. Həmçinin, "Barsa" sözügedən məbləğlə yanaşı, Xunior Firpo, Nelson Semedu və Jan-Kler Todibonu da qarşı tərəfə göndərməyə razıdır.
Bu, "blauqrana"nın ən yaxşı təklifidir. Lakin "İnter" Lautaronu yalnız təzminat məbləği - 111 milyon avro - qarşılığında satmaq niyyətindədir. "Neradzurri" aşağı təklifləri gözdən keçirməyi belə planlaşdırmır.
Belə olan halda, 22 yaşlı futbolçunun daha bir mövsüm "İnter"də qalacağı gözlənir. Prezident Stiven Canq və ətrafı Lautaronun Antonio Konteninin rəhbərliyi altındakı ikinci mövsümdə daha da inkişaf edəcəyi və transfer qiymətini artıracağını düşünür.
Cari mövsümdə İtaliya A Seryasında 22 matçda meydana çıxan argentinalı hücumçunun aktivində 11 qol, 4 məhsuldar ötürmə var.
