|
Siyavuş Novruzov: “Ola bilər məhkəmə sistemində işləyib, ömründə bir ədalətli qərar qəbul etməyib”

“2018-ci il prezident seçkilərindən sonra bütün strukturlarda olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar davam edir”.

Komitə sədri Siyavuş Novruzov bu fikirləri parlamentdəki plenar iclasda hakimlərlə bağlı müzakirələrin gedişində söylədi. “Hakimliyə namizəd kimi təqdim olunananların əksəriyyətini tanıyıram. Bir çoxu ilə bir yerdə oxumuşuq. İnanırıq ki, onlar qarşıya qoyulan vəzifələrin icrası, dövlətimizin möhkəmlənməsi, ədalətin bərqərar olması üçün öz rollarını oynayacaqlar”.

S.Novruzov dedi ki, hakimlərin sayı yenidən artırılmalıdır: “Statistikaya baxsaq, bu il evlənənlərlə boşananlar arasında fərq 30 fazi təşkil edir, yəni 17 min. Deməli, elə məhkəmələr var ki, gündə 17 işə baxmalıdır. Buraya mülkiyyət məsələlərini də əalvə etmək lazımdır”. Komitə rəhbəri digər məsələyə də toxundu: “Yaxud bir icra başçıçı bir rayona çatan kimi, tutub insanların torpaqlarını əlindən alıb. Təbii ki, bu, vaxtilə məhkəmə yolu ilə həll olunsaydı, məsələ gəlib cənab prezidentə qədər çatmazdı. İcra başçısı rayona çatan kimi deyir şəhadətnamələrinizi gətirin, mənim seyfimdə saxlayın. Məhkəmələrin vaxtında bu kimi məsələlərə müdaxilə edə bilməməsi nəticə etibarilə həmin insanların dövlətdən, hökumətdən narazı qalmasına səbəb olur. Digər tərəfdən, Avropa Məhkəməsi ağına, bozuna baxmadan, baxır ki, bu adam filan partiyanın üzvüdür, dərhal onun işinə baxır. Ermənistanla bağlı heç bir iddialara baxılmır, amma Azərbaycandan bir şikayət ərizəsi gedən kimi, heç mürəkkəbi qurumamış, Avropa Məhkəməsinin qərarı gəlir. Burda prosedur qaydaların pozulması o qərarlara imkan yaradır. Odur ki, məhkəmə sistemində prosedur qaydalara düzgün əməl etmək lazımdır ki, onlarla bağlı iddia gəlməsin”.

S.Norvuzov dedi ki, hakimləri yaşına görə yox, əməyinə görə, işinə görə qiymətləndirmək lazımdır. Ola bilər məhkəmə sistemində işləyib, ömründə bir ədalətli qərar qəbul etməyib.