Lakin buna ən çox almanlar etiraz edir
Almaniyanın “Urenco” atom konserni pandemiya ilə bağlı yaranan böhranı fürsətə çevirərək, Rusiyaya uran tullantıları göndərməyə hazırlaşır.
Hər iki tərəf üçün koronavirus göyəndüşmə olub. “Çünki Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, xüsusilə də Rusiyada etiraz edənlərin nümayişinə icazə verilməyəcək”, - deyə Almaniyanın “Die Tageszeitung” qəzeti yazır.
Qəzetin “Münsterland atom obyektlərinə qarşı” təşkilatının nümayəndəsi Mattias Aykhoffa istinadən verdiyi məlumata görə, yüzlərlə ton uran tullantıları ilə dolu xüsusi qatar bu gün yola düşür. Rusiyaya məxsus “Mixail Dudin” yük gəmisi onu Amsterdam limanında qəbul etməlidir.
Bununla əlaqədar Federal mülki ekoloji təşəbbüslər ittifaqının dəstəyi ilə Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya əyalətlərində aktivistlərin iştirakı ilə Qronau şəhərində və Münster dəmir yol stansiyasında piketlər keçirilir. Münster şəhərinin administrasiyası sosial məsafənin qorunması və tibbi maskaların taxılması şərti ilə piketə icazə verib.
Qeyd etmək lazımdır ki, təkcə bu il Qərbi və Şimali Almaniyadan hələ 6 qatar dolu uran heksaflüoru Rusiyaya yola salınacaq.
Rusiyada isə atom tullantılarının təhlükəli şəkildə müvafiq müəssisələr tərəfindən basdırılamasına yerli ətraf mühit müdafiəçiləri illərlə etiraz edirlər. Lakin Almaniyadan fərqli olaraq burada ümumiyyətlə kütləvi yığıncaqların təşkil olunmasına icazə verilmir.
“AFR-in Urenco şirkətində önəmli pay sahibi olan “RWE” və “Eon” kimi firmalar isə bunu fürsət bilərək, pandemiyadan öz maraqları naminə istifadə edirlər”,-deyə “Die Tageszeitung” qəzeti öz ölkəsinin özəl qurumlarını sərt şəkildə qınayıb.
