|
Almaniyada ağac kəsib meşəyə ziyan vuran azərbaycanlı biznesmen həbs olundu

Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamı polis tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Reynland-Pfalts Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan 42 yaşlı Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov 2006-ci ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.

O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunur.

Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis Təşkilatının əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.