|
Deputatın səlahiyyətlərinə xitam verildi

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Senatın (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının mayın 4-ü keçirilən iclasında qəbul edilib.