Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB rəhbəri Ramin Bayramlı iştirak edib.
İbrahim Məmmədov bildirilib ki, karantin rejimi yumşalandan sonra yoluxma sayı artıb: "Müsbət və mənfi tendensiya paralel inkşaf edir. Hakimlərimiz sayəsində vəziyyət nəzarət altındadır. Yoluxma aprelin 27-də artsa da sonra yenidən azalıb.
Karantin rejimi yumşaldılmış formada davam edəcək. Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda karantindən çıxma yavaş sürətlə aparılacaq. Digər bölgələrdə isə karantindən çıxma sürətlə həyata keçiriləcək".
