|
Bir ölkənin ÜST rəhbərini dəyişməsi mümkün deyil

"15 ildir ÜST üçün çalışıram və heç zaman indiki kimi təşkilatımla qürur duymamışam".

Publika.az xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı rəhbəri Hande Harmancı media üçün keçirilən onlayn videokonfrans zamanı ÜST-ün son zamanlar tənqidlərə məruz qalması haqda danışarkən deyib.

Onun sözlərinə görə, ÜST çox qısa zamanda xəstəliyə reaksiya verdi və mübarizə əzmini ortaya qoydu: “Bu kimi təşkilatların tənqid olunması çox normaldır. Hər ilin may ayında ÜST-ün 194 üzv ölkəsinin iştirakı ilə Cenevrədə bir həftə boyunca bütün məsələlər, o cümlədən, iqtisadi məsələlər müzakirə olunur. Tarixdə ilk dəfə bu, onlayn baş verəcək.

ÜST ona maliyyə yardımı göstərən hər bir ölkəyə ilin yekununda öz hesabatlarını təqdim edir və şəffaflığını qoruyur. Dəyərləndirmə hesabatımız öz saytımızda var. Maraqlananlar daxil olub baxa bilər”.

ÜST-ün rəhbərinin dəyişdirilməsi ehtimalı haqda danışan Hande Harmancı rəhbərin bütün ölkələr tərəfindən seçki vasitəsilə seçildiyini açıqayıb: “Ölkələrin verdiyi səslərlə seçilən ÜST rəhbərini yalnız bir ölkə rəhbərinin dəyişməsi mümkün deyil”.