Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə yekdilliklə razılıq verilən Kamran Əliyev parlament tribunasından çıxış edərək bəzi fikirlərini bölüşdü.
Kamran Əliyev əvvəlcə ona göstərilən etimada görə Prezident İlham Əliyevə, həmçinin parlamentarlara təşəkkür etdi.
Daha sonra K.Əliyev 9 fevralda keçirilən seçkilər nəticəsində Milli Məclisə seçilən deputatları, həmçinin Sahibə Qafarovanı sədr seçilməsi münasibətilə təbrik etdi. Onun sözlərinə görə, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib: “Ölkə başçısının həyata keçiridiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə social və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”.
K.Əliyev bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib, cəmiyyətimizdə sabitlik yaradılıb. “Ölkə başçısının həyata keçiridiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə sosial və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu da əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur” - K.Əliyev əlavə etdi.
Pandemiyaya qarşı mübarizədən bəhs edən natiq qeyd etdi ki, Prezidentin siyasi qətiyyəti və Birinci vitse-prezidentin şəfqət və diqqəti sayəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər öz bəhrəsini verib. K.Əliyev məhkəmə hüquq sahəsində həyata keçirilən islahatlardan da danışdı. O bildirdi ki, bundan sonra da Azərbaycan Baş Prokurorluğunda göstərilən etimadı doğrultamaq üçün lazımi tədbirlər görəcək: “Azərbaycan prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”.
