|
ABŞ döyüş siyasətində dəyişiklik edir

ABŞ donanmasına yenilik edir.

Publika.az xəbər verir ki, 1980-ci ildən etibarən arsenalından çıxardığı freqat müasir döyüş gəmilərinin istehsalına yenidən başlayacaq.

Donanma kiçik dənizlərdə fəaliyyətini gücləndirmək və potensialda elastiklik təmin etmək üçün freqatlara ehtiyac duyub. Yeni nəsil döyüş gəmilərində raket də olacaq.

Ordu bunun üçün artıq “Marinette Marine” şirkəti ilə razılığa gəlib və müqavilə imzalayıb. Bu çərçivədə ilk məhələdə 10 gəmi istehsal olunacaq. Bu gəmilər Gücləndirilmiş Hava Müşahidə Radarı (EASR) və “Aegis” hərbi sistemi ilə təchiz ediləcək.

Qeyd edək ki, ötən həftə mətbuata sızan və Pentaqonun ABŞ donanmasının yenidən qurulmasına dair hazırladığı sənəddə təyyarə gəmilərinin sayının azalması, pilotsuz dəniz cihaları və kiçik döyüş gəmilərinin sayının artırılmalı olduğu qeyd edilmişdi. Müdafiə naziri Mark Esper uzun müddətdir ki, ABŞ təyyarə gəmilərini donanmasının ana onurğası olmaqdan çıxarmaq və yerinə ucuz başa gələn döyüş gəmiləri gətirmək niyyətindədir.