|
Kamçatkada Klyuçevskoy vulkanı 7 km yüksəkliyə kül atıb

Mayın 1-də Kamçatkadakı Klyuçevskoy vulkanında 7 km yüksəkliyə kül axıdılması baş verib. Trend-in məlumatına görə, bu barədə həmin bölgə üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

Bildirilib ki, küləyin istiqamətini nəzərə alaraq, kül şleyfi vulkanından şimal-qərb istiqamətində yayılır, yaşayış məntəqələri həmin ərazidə yoxdur.

Vulkana "narıncı" aviasiya təhlükəsi kodu verilib.