OPEK+ sazişi çərçivəsində neft hasilatının azaldılmasına başlanması dünya neft bazarında canlanmaya səbəb olub.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10.12-də Londonun ICE birjasında Brent markalı neftin 1 bareli 26,82 dollara satılır.
Nyu-Yorkun NYMEX elektron birjasında isə ABŞ-ın WTI nefti 19,29 dollara təklif olunur.
