"Məhkəmələrin videokonfranslar vasitəsi ilə keçirilməsi pandemiya dövründə sonra da tətbiq edilə bilər".
Bunu Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanov deyib.
Ramin Qurbanov qeyd edib ki, Bakıda bir neçə rayon məhkəmələrində videokonfranslar vasitəsi ilə məhkəmələr keçirilib.
Onun sözlərinə görə, videokonfrans vasitəsi məhkəmə proseslərinin keçirilməsi pandemiya dövründə sonra da mümkün ola bilər: "Pandemiya dövründə baxılan işlər arasında bir nəfər Qazaxıstan vətəndaşı ilə Azərbaycan vətəndaşının nigahının pozulması da var idi. Qazaxıstan vətəndaşı videokonfrans zamanı prosesə qoşuldu və həmin işlə bağlı qərar çıxarıldı. Bu cür nümunələr göstərir ki, məhkəmə proseslərinin videokonfranslar vasitəsi ilə keçirilməsi mümkündür".
R.Qurbanov qeyd edib ki, məhkəmə işlərinin videokonfranslar vasitəsilə ilə keçirilməsi tərəflərin razılığı ilə mümkündür.
