|
Azərbaycanda koronavirusdan sağalanların sayı 1325 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1325 nəfər müalicə olunaraq sağalmış, 24 nəfər vəfat etmiş, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.