|
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı azalıb

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 112 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.

Qonşu ölkədə ittiham olunan 19 Azərbaycan vətəndaşının 13-ü kişi, 6-sı isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 93 nəfər təşkil edir. Onların 84-ü kişi, 9-u isə qadındır.