Rüşvət almaqda ittiham olunan İsmayıllı şəhərinin icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində həbs qərarı çıxarılıb.
Prokurorluğun verdiyi təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb.
Təqdimat təmin edilib və M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Əhmədov DTX-nın əməliyyatı ilə həbs edilib. O, rüşvət almaqda, şaxta arayışlar verməkdə suçlanır.
