|
Ramazan ayının 6-cı günü: imsak, iftar vaxtı və dua

Bu gün mübarək Ramazan ayının 6-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, aprelin 30-da imsak vaxtı saat 04:02-dək, iftar vaxtı isə 19:50-dədir.

6-cı günün duası: “İlahi, məni bu ay Sənin sözündən çıxıb günah etməklə xar və zəlil etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu ay qəzəbinə səbəb olan günahlardan Öz minnət və qüdrətinlə uzaqlaşdır. Ey arzu edənlərin son arzusu”.

İftar duası: “İlahi, sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim. Sənin verdiyin ruzi ilə iftarımı açır və sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allahım, orucumu qəbul et, günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin.